Rusiyanın Mi-28N hücum helikopterləri Ukraynanın istehkamlarını məhv edir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiyanın Mi-28N hücum helikopterlərinin ekipajları Donetsk bölgəsində Ukrayna istehkamlarını və hərbçilərini məhv edib.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
"Döyüş tapşırığı zamanı pilotlar Mi-28N helikopterlərində aşkarlanmış Ukrayna istehkamlarına və hərbçilərinə raket buraxılışları həyata keçiriblər. Nəticədə bütün hədəflər məhv edilib", - nazirlik bildirib.
Rusiya ordusunun xüsusi əməliyyat zamanı ordu aviasiyası konvoyların müşayiəti, Ukrayna zirehli texnikasının məhv edilməsi, paraşütçülərin, hərbi yüklərin çatdırılması, həmçinin bölmələrin havadan dəstəklənməsi vəzifələrini yerinə yetirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31