HƏMAS liderlərindən birinin öldürülməsi girovların azad edilməsini çətinləşdirib - KİV

HƏMAS qruplaşmanın rəhbər şəxslərindən biri olan Saleh əl-Ərurinin Beyrut yaxınlığında öldürülməsi Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesini çətinləşdirib.

Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalı Qətərin baş naziri Muhamməd bin Abul Rahman Əl Taninin Dohada girovların ailələri ilə görüşünün yekunlarına əsasən məlumat yayıb.

Bildirilib ki, Qətərin baş naziri və digər rəsmilərinin, eləcə də, amerikalı və israilli girovların altı ailəsinin iştirak etdiyi görüş yanvarın 6-da keçirilib.

Görüşdə Əl Tani Beyrutda baş verənlərdən sonra HƏMAS-la danışıqlar aparmağın daha da çətinləşdiyini qeyd edib. Bununla belə, o, çətinliklərə baxmayaraq, girovların azad edilməsi barədə yeni razılaşma əldə etmək üçün çalışacağını bildirib.

Nəşrin məlumatına əsasən, Qətər və Misir Qəzza zolağında hərbi əməliyyatların bir neçə həftəlik dayandırılması müqabilində 40 girovun azad edilməsinə çalışır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31