Yaponiyada deputat maliyyə fırıldaqçılığına görə həbs olunub
7 Yanvar 2024 11:15 DünyaTokio prokurorluğu Yaponiya parlamentin aşağı palatasının hakim Liberal Demokrat Partiyasından (LDP) olan deputatı Yoşitaka İkedanı həbs edib.
Olaylar.az xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, keçmiş baş nazir Şinzo Abenin fraksiyasına daxil olan deputat siyasi ianələrin toplanmasından gəlir əldə etməklə qanunu pozmaqda şübhəli bilinir.
Bundan başqa, Liberal Demokrat Partiyasının qeyd olunan fraksiyasının bir neçə üzvü də şübhə altındadır. Bunların arasında hökumətin baş katibi Hirokazu Matsuno, keçmiş iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura, Liberal Demokrat Partiyasının siyasi şurasının keçmiş rəhbəri Koiti Haqiuda və partiyanın bir sıra nüfuzlu şəxsləri, o cümlədən, yuxarı palatadakı fraksiyasının keçmiş rəhbəri Hirosige Seko da var. Sözügedən şəxslərin hamısı bu qalmaqal səbəbindən vəzifələrindən məhrum olublar. (Trend)