Türkiyədə keçmiş nazir İmamoğlunun rəqibi oldu
7 Yanvar 2024 11:10 DünyaTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər bələdiyyə başçısı seçkilərində namizədinin kimliyi məlum olub.
Olaylar.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, böyükşəhər bələdiyyə başçısı seçkilərində Əkrəm İmamoğlunun rəqibi Murat Kurum olacaq.
Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçiriləcək tədbirdə 12 böyükşəhər və 28 bələdiyyə başçısı namizədlərinin adlarını açıqlayacaq.
Qeyd edək ki, Murat Kurum Türkiyənin keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziridir. Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu il martın 31-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31