Bayden ABŞ-ı məhv etməyə qadirdir - Tramp

Prezident Co Bayden ölkədə prezident seçkilərinə qədər III Dünya müharibəsini başlatmağa və ABŞ-ı məhv etməyə qadirdir.

Olaylar.az bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Onlar heç kimə düzgün münasibət göstərmir. Beləliklə, özünüzü Üçüncü Dünya müharibəsində tapa bilərsiniz. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər", - Tramp bildirib.

Tramp seçiləcəyi təqdirdə Ukrayna və Yaxın Şərqdə münaqişələrin qarşısını alacağını və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacağını iddia edib. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31