Türkiyənin iki vilayətində zəlzələ baş verdi
6 Yanvar 2024 23:54 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyədə iki vilayətində - Malatya və Manisada 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb.
Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikdə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31