Fidan və Blinken Bakı-İrəvan danışıqlarını müzakirə etdi
6 Yanvar 2024 19:00 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Xəbər verdiyimiz kimi, İstanbulda ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutub.
Olaylar.az Axar.az-a istinadən diplomatik mənbələrə istinadən xəbər verir ki, rəsmilər ikitərəfli əlaqələri, o cümlədən Türkiyənin ABŞ-dan F-16 qırıcılarının alışı prosesinin tamamlanması ilə gözləntilərini müzakirə edib, İsveçin NATO-ya üzvlüyü məsələsində yekun qərarın Türkiyə parlamentində (TBMM) qəbul ediləcəyi vurğulanıb.
Fidan Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bunun fonunda anklava humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini bildirib.
Görüşdə həmçinin Azərbaycan-Ermənistan arasında müzakirələr, Suriya və İraq kimi regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.