Rəcəb Tayyib Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Olaylar.az trend-ə istinadən bildirir ki, danışıq zamanı regional və qlobal məsələlər, xüsusilə Rusiya-Ukrayna qarşıdurması müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin həm Rusiya-Ukrayna, həm də İsrail-Fələstin münaqişələrinin dayandırılması və daimi sülhün təmin edilməsi üçün çoxşaxəli səylərini davam etdirdiyini bildirib.

Ərdoğan ölkəsinin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu deyib.

Taxıl dəhlizinin canlandırılması və fəaliyyətə başlamasının vacibliyini vurğulayan Ərdoğan bu məqsədlə diplomatik səyləri davam etdirdiyini bildirib.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəsin təmin edilməsi və sülh qapısının açılmasının zəruriliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31