Çin 2024-cü ildə ilk peyklərin buraxılışını uğurla həyata keçirib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"ExPace Technology" şirkəti Çinin 2024-cü ildə ilk peyklərin kosmosa buraxılışını həyata keçirib.

Olaylar.az Trend-ə, bu barədə Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) məlumat yayıb.

Bildirilib ki, "Tianmu-1" qrupunun dörd meteoroloji peykinin orbitə buraxılması uğurlu olub.

Qeyd olunub ki, "Kuayçjou-1A" raketinin ölkənin şimalındakı Tsutsuan kosmodromundan buraxılışı yerli vaxtla saat 19:20-də həyata keçirilib və bu seriyanın daşıyıcıları üçün ardıcıl 25-ci oldu.

Kosmosa buraxılan "Tianmu-1" peykləri (15, 16, 17 və 18 nömrələri) meteoroloji məlumat xidmətlərinin təmin edilməsində kommersiya məqsədləri üçün istifadə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31