Türkiyəyə təzyiqlər artıb - Ərdoğan

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Son vaxtlar Türkiyəyə təzyiqlər artıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də "Ortaq paylaşım" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bunun əsas səbəbi Ankaranın Yaxın Şərqdəki durumla bağlı ortaya qoyduğu mövqedir.

"Milli Kəşfiyyat İdarəmiz həm daxildə, həm də xaricdə düşmənə layiqli cavab verir. Türkiyə Silahlı Qüvvələri terrorçuları məhv edir.

Ölkəmiz artıq tam müstəqildir. Əvvəlki Türkiyəyə öyrəşənlərin bundan narahat olmaları təbiidir", - deyə Ərdoğan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31