Hakan Fidan iranlı həmkarına başsağlığı verib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahiyana başsağlığı verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.

O İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə başsağlığı verib.

Telefon danışığı zamanı İran prezidenti İbrahim Rəisinin sözügedən terror aktı ilə əlaqədar təxirə salınan və qarşıdakı dövrdə reallaşacaq səfəri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31