Yaponiyada zəlzələ qurbanlarının sayı artıb

Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dağıntılar altında qaldığı ehtimal edilən 80 nəfərin axtarışları davam edir.

Ümumilikdə təbii fəlakətdən 339 nəfərin xəsarət aldığı təxmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31