Blinken Kemeronla danışdı: Qəzzadakı humanitar vəziyyət...

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ABŞ-nin Dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla telefon danışığında husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını və Qəzza zolağındakı humanitar vəziyyəti müzakirə ediblər.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, ABŞ dövlət katibi və Böyük Britaniyanın xarici işlər naziri husilərin törətdiyi qlobal təhdidlərə qarşı qarşı kollektiv tədbirlər görməyin zəruriliyini qeyd ediblər.

Bundan başqa, telefon danışığında Qəzza zolağında ərzaq təhlükəsizliyinin pisləşməsi və mülki əhaliyə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağın zəruriliyi məsələsi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31