Serbiya müxalifəti aksiyanı dayandırdı
30 Dekabr 2023 23:08 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Serbiya müxalifəti bundan sonra Respublika Seçki Komissiyasının binası önündə etiraz aksiyası keçirməyəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya müxalifətinin liderlərindən Miroslav Aleksiç məlumat verib.
"Artıq Respublika Seçki Komissiyasının qarşısına toplaşmağın mənası yoxdur, çünki orada heç kim yoxdur, Yeni ildən sonra planlar, tədbirlər olacaq. Biz belə vaxtaşırı böyük görüşlər təşkil edəcəyik", - Aleksiç deyib.
Qeyd edək ki, bu gün müxalifət Belqradın mərkəzində dekabrın 17-də keçirilən parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq böyük mitinq keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31