Əl-Qəssam Briqadaları Qəzzada çox sayda İsrail əsgərini öldürdüyünü və yaraladığını açıqlayıb - ÖZƏL
30 Dekabr 2023 20:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, Oktyabrın 7-də İsrail ordusu Qəzza zolağına hücumlara başladığı vaxtdan 168-i qurudan işğal olunub. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları sosial mediada verdiyi açıqlamada İsrail xüsusi təyinatlılarından 20-dən çox ölü və yaralı olduğunu bildirib. İsrail hələlik hadisə ilə bağlı açıqlama verməyib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzanın Şeyx Radvan bölgəsində 20-dən çox İsrail əsgərini öldürdüklərini və yaraladıqlarını açıqlayıblar.
Qəssam Briqadaları öz Telegram hesabında Qəzza zolağında İsrail ordusuna qarşı müqavimət fəaliyyətləri ilə bağlı açıqlama verib.
Açıqlamada Qəzza şəhərinin Şeyx Rıdvan rayonunda baş verən qarşıdurmalarda 20-dən çox İsrail xüsusi təyinatlısının öldürüldüyü və yaralandığı bildirilib.
Qassam Briqadaları başqa bir açıqlamada, Şeyx Rıdvan rayonunda İsrailin Merkava tankını "Şuvaz" adlı əl istehsalı partlayıcı ilə hədəf aldıqlarını bildirib.
Həmçinin qeyd olunub ki, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində İsrail texnikası və əsgərlərinin yerləşdiyi iki bölgə minaatanlardan atəşə tutulub.
İsrail hələlik hadisə ilə bağlı açıqlama verməyib.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 168-i quru işğalı prosesində olmaqla 502 əsgərinin öldürüldüyünü açıqlayıb.