NASA elan etdi: İlon Mask da iştirak edir...
30 Dekabr 2023 20:24 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
NASA və İlon Maskın kosmik nəqliyyat şirkəti SpaceX, gizli əməliyyatda iştirak edən pilotsuz X-37B hərbi kosmik gəmisini daşıyan "Falcon Heavy" raketinin orbitə uğurla buraxıldığı açıqlandı.
Olaylar.az xəbər verir ki, missiyası və məqsədi açıqlanmayan X-37B, Florida ştatındakı "Kennedi" kosmik mərkəzindən 7-ci dəfə orbitə göndərilib. Kosmik təyyarənin hansı məsafəni qət edəcəyi və uçuş müddəti açıqlanmasa da, 2026-cı ilin iyun ayına qədər yerə qayıtması gözlənilir.
Qeyd edək ki, "Falcon Heavy" raketinin daha əvvəl 3 dəfə "Kennedi" kosmik mərkəzindən buraxılması planlaşdırılıb, lakin pis hava şəraiti və açıqlanmayan texniki problemlər səbəbindən missiya ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31