Kiyevin ultimatumuna Moskvadan CAVAB
30 Dekabr 2023 19:35 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya heç vaxt ultimatumlara və ya şantajlara boyun əyməyib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın müvafiq bəyanatını şərh edərkən deyib.
Zaxarova əlavə edib ki, Rusiyanı və ya onun xalqını məhv etməyə çalışan hər kəsə "insanlıqdan sıyrılma resept"i verilib.
O, həmçinin ən azı on nəfərin ölümünə səbəb olan Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra Belqorod sakinlərinə dəstək verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Mixail Podolyak Ukraynanın Rusiya ilə sülh danışıqları aparmayacağını, ancaq ultimatum verəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31