Marsın heyrətamiz yeni görüntüsü paylaşıldı - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

NASA Marsın heyrətamiz coğrafiyasını əks etdirən yeni görüntüsünü paylaşıb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, şəkildə Qırmızı planetin səthində qabırğalı xətlər şəklində füsunkar naxışlar göstərilir. Bu cizgilər tədricən landşaft boyunca hərəkət edən buzların izidir.

Foto NASA-nın 2006-cı ildə Qırmızı Planet ətrafında orbitə buraxılan "Mars Reconnaissance Orbiter" (MRO) cihazı tərəfindən çəkilib.

Alimlər bu hadisəni buz axını adlandırırlar. Onların sözlərinə görə, bu zaman buz özü qayaları və torpağı sürüyür və nəticədə xarakterik şırımlar yaranır. Belə naxışların əmələ gəlməsi minlərlə il davam edə bilər.

Qeyd edək ki, buz birləşmələri elm üçün böyük maraq doğurur, çünki onlar Marsın iqliminin tarixini öyrənməyə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31