Niger fransız ordusunun çıxmasını bayram edir
30 Dekabr 2023 18:44 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Nigerin paytaxtı Niameydə son fransız kontingentinin çıxarılması şərəfinə cümə namazı qılınıb və konsert keçirilib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ANB agentliyi məlumat yayıb.
Məlumata görə, minlərlə insan Fransa əleyhinə şüarlar səsləndiriblər. Aksiya zamanı Niger bayrağı ilə yanaşı, Burkina-Faso, Mali və Rusiya bayraqları da dalğalandırlıb.
Təbdirdə Nigerin Baş naziri Əli Lamin Zeyn, Burkina-Fasonun Baş naziri Yoahim Kyelem və Malinin Baş naziri Çogel Kokalla Maiqa iştirak edib.
Qeyd edək ki, Nigerdə qalan fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31