Bayrağımızı yandıran erməni işdən qovuldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə yerli mediaya müsahibəsində danışıb.

Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.

Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.

Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31