Ukraynada Qərbin silah ehtiyatları tükənib – ÖZƏL
30 Dekabr 2023 15:39 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"ABŞ və NATO-nun Ukraynaya göndərdiyi silah ehtiyatları xərclənib".
Olaylar.az xəbər verir ki, bunuhərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiyanın nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib.
"Heç bir ehtiyat yoxdur. NATO və ABŞ-ın hərbi arsenalları boşdur. Müəyyən vaxtlar üçün hazırlanmış ehtiyatlar sərf olunub. Döyüş meydanında nə baş verdiyini görürsünüz. Ukraynalılar artıq bizim 10-20 mərmiyə bir neçə mərmi ilə cavab verirlər", - Qavrilov qeyd edib.
Rusiyalı diplomat bildirib ki, Qərb Ukraynaya raket və hava hücumundan müdafiə vasitələri verir, lakin əvvəlki kimi miqyasda deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31