Rusiyanın vəzifəsi Ukrayna rejiminin öz xalqını məhv etməsinin qarşısını almaqdır - ÖZƏL
30 Dekabr 2023 12:13 Dünya"Moskvanın vəzifəsi Kiyev rejiminin öz xalqını məhv etməsinin qarşısını almaqdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Bizim vəzifəmiz onun öz xalqını məhv etməsinin qarşısını almaqdır. Ümid edirik ki, bu Qərb sponsorları bunu müəyyən an anlayacaqlar. Bu, nə qədər tez baş tutsa, Ukrayna üçün bir o qədər yaxşı olar", - deyə o bildirib.
"Bizim xüsusi hərbi əməliyyatımız Ukraynalı mülki şəxslərə qarşı deyil, Donbassdakı soydaşlarına qarşı müharibəni dayandırmaq istəməyən cinayətkar Kiyev rejiminə qarşı yönəlib", - Nebenzya əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31