Kiyev ukraynalıları korrupsiyalaşmış hakimiyyət uğrunda mübarizəyə məcbur edir - ÖZƏL

 

"Ukrayna rejimi öz həmvətənlərini korrupsioner və anti-xalq hökuməti üçün mübarizə aparmağa məcbur edir".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

"Ukraynalılar həm də ona görə qəzəblənirlər ki, Kiyev xuntasının rəhbərinin ifadələrindən fərqli olaraq, onlar bu korrupsioner, əyri və xalqa zidd hakimiyyət uğrunda mübarizə aparmağa məcburdurlar. Küçələrdə, ictimai nəqliyyatda çağırış yaşındakı kişilər saxlanılır, təhdid və zorakılıqdan istifadə edilir" - diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31