İsraildən mülki ölümlərlə bağlı ilk etiraf! - ÖZƏL
29 Dekabr 2023 23:03 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, İsrail ordusunun rəsmisi ilk dəfə mülki itkiləri etiraf edib. Keçən həftə 100-dən çox mülki vətəndaşın öldüyü Megazi Qaçqın Düşərgəsinə edilən hücumdan danışan səlahiyyətli, "Mülki insanların ölümlərinə səhv sursat səbəb oldu" - deyə qeyd edib.
İSRAİL HÖKUMƏTİNİN sözçüsü: SURSAT SEÇİMİ YANLIŞ OLUB
İsrail Qəzzada ölümcül hücumlarını davam etdirərkən, nəhayət İsrail rəsmilərindən bir etiraf gəldi. İsrail hökumətinin sözçüsü Eylon Levi də səhvə yol verildiyini etiraf edib. Levi, "Hərbi sözçümüz İsrail televiziyasında bu hücumda səhv sursat istifadə edildiyini dedi. Görünür, müharibədə bir səhvə yol verildi. Biz dərs alırıq. Bu, təəssüf doğuran bir səhv idi. Bu, baş verməməli idi. Sursat seçimi səhv olub. Xatırlatmaq istəyirəm ki, biz çox mürəkkəb döyüş meydanı ilə qarşı-qarşıyayıq. Səhvlər edilməsi qaçınılmazdır" - deyib.
MEGAZİ QAÇQIN DÜŞƏRGƏSİNDƏ 100-DƏN ÇOX İNSAN ÖLÜB
Keçən həftə 100-dən çox adamın öldüyü Megazi Qaçqın Düşərgəsinə edilən hücumdan danışan İsrail hərbi rəsmisi səhv sursatdan istifadə edildiyini bildirib. Bu vəziyyətin dinc əhali arasında sıx itkilərə səbəb olduğunu bildirən səlahiyyətli, "Mülki itkilərin qarşısı alına bilərdi" - deyə qeyd edib.