Gərginlik artır! Yeni açıqlama: Rusiya raketi hava məkanımızı pozdu - ÖZƏL
29 Dekabr 2023 21:39 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, Polşa Baş Qərargah rəisi Wieslaw Kukula bildirib ki, Polşanın hava məkanını pozan naməlum obyekt Rusiya raketi olub.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı naməlum obyektin Ukrayna sərhədindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb. Bəyanatın ardınca milli müdafiə naziri Vladislav Kosiniak-Kamysz və Polşa ordusunun komandanlıq səviyyəsi ilə dərhal görüş başa çatıb. Görüşdən sonra açıqlama verən Polşanın Milli Müdafiə naziri Wladislaw Kosiniak-Kamysz, Polşanın hava məkanının öz sistemləri ilə bir obyekt tərəfindən pozulduğunu təsbit etdiklərini və bütün tədbirlərin alqoritmə uyğun olaraq alındığını bildirib.
"Raket hava məkanımızı tərk edib."
Məsələ ilə bağlı açıqlama verən Polşa Baş Qərargah rəisi Wieslaw Kukula, mövcud məlumatlar fonunda Polşanın hava məkanının Rusiya raketi ilə pozulduğunu bildirib. Rusiyanın Ukraynaya atdığı raketlərin marşrutunu gecə boyu izlədiklərini ifadə edən Kukula, "Arxamızdan gələn raket hava məkanımızdan çıxdı. Bunu həm biz, həm də müttəfiqlərimiz təsdiqlədi. Yexniki səhv meydana gəlmiş ola bilərmi deyə raketin marşrutu boyunca biz quruda da ehtimal qalıqları axtaracağıq" dedi.
Wieslaw Kukula həmçinin bildirib ki, Rusiya raketi 40 km dərinlikdə Polşa hava məkanını pozaraq 3 dəqiqədən az qaldıqdan sonra Polşa hava məkanını tərk edib.
Digər tərəfdən Polşa mətbuatında yer alan xəbərlərə görə, Polşa hava məkanını pozan raketin Rusiyaya məxsus Ch-22 və ya Ch-101 qanadlı raketi olduğu bildirilib.