İsrail Qəzzadakı girovların azad edilməsi üçün danışıqlar aparacaq - ÖZƏL
29 Dekabr 2023 10:55 Dünya"İsrail Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqlar aparır".
Olaylar.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu girovların qohumlarına bildirib.
"The Jerusalem Post" qəzetinin yazdığına görə, Netanyahu İsrailin bütün girovları qaytarmaq üçün çalışdığını təsdiqləyib və əlavə edib ki, Qətər və Misir məsələni irəli aparmaq üçün iki ayrı təklif irəli sürüblər.
"Hazırda biz təmasları davam etdiririk. Mən danışıqların statusunu təfərrüatlı şəkildə deyə bilmərəm. Biz onların hamısını geri qaytarmağa çalışırıq. Məqsədimiz budur", - o, girovların ailələrinə deyib.
Girovların ailələri ilə görüş Qətər və Misirin İsrail-Həmas münaqişəsində vasitəçilik etmək təkliflərini müzakirə etmək üçün hərbi kabinetin iclasından əvvəl keçirilib.
Dekabrın 24-də "Asharq News" telekanalı mənbələrə istinadən xəbər verir ki, Misir İsrail və HƏMAS-a Qəzza ilə bağlı münaqişənin həlli üçün Fələstin anklavında iki həftəlik humanitar atəşkəsin daxil edilməsini nəzərdə tutan üç mərhələli plan təklif edib. İkinci mərhələyə Fələstin rəhbərliyinin parçalanmasının aradan qaldırılması və texnokratik hökumətin formalaşdırılması üçün Fələstin milli dialoqunun başlanması daxildir. Üçüncü mərhələ Qəzzada hərtərəfli atəşkəs, İsrail qoşunlarının anklavdan çıxarılması və radikalların əlində olan İsrail hərbçilərinin azad edilməsini əhatə edir.