ABŞ və Meksika sərhəd keçidləri açılır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

ABŞ-nin tənzimlənməmiş immiqrasiya səbəbiylə bağladığı Meksika sərhəd keçid məntəqələrinin açıq qalması üçün ABŞ ilə bir razılaşma əldə olunub.

Olaylar.az xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib.

"Razılaşma əldə edildi, vəziyyəti normallaşdırmaq üçün dəmir yolu keçidləri və sərhəd körpüləri açılmağa başladı. Hər gün sərhəd körpülərində artan hərəkətlilik var",- deyə Obrador əlavə edib.

Qeyd edək ki, bu ayın əvvəlində Bayden hökuməti gələn il ABŞ prezident seçkilərində əsas problem olacaq tənzimlənməmiş immiqrasiya ilə mübarizə aparmaq üçün iki əsas dəmir yolu körpüsü də daxil olmaqla bir neçə keçid məntəqəsini müvəqqəti olaraq bağlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31