Dodik elan etdi: "Bir neçə həftədən sonra müstəqilliyimizi elan edə bilərik" - ÖZƏL
28 Dekabr 2023 23:04 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Serbiya Respublikasının prezidenti Milorad Dodik bir neçə həftə ərzində müstəqilliklərini elan edə biləcəklərini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Milorad Dodik rəsmi RTRS telekanalına danışıb.
Bosniya və Herseqovinanın ali nümayəndəsi Kristian Şmidt Serbiya Respublikasının tərkibində olan daşınmaz əmlakın statusu haqqında əsasnaməni Bosniya və Herseqovina dövlətinin xeyrinə həll edərsə, müstəqilliyə doğru addım ata biləcəklərini söylədi. Bosniya və Herseqovinadan ayrılacağı təqdirdə özlərini beynəlxalq hərbi müdaxilədən qoruyacaq dostlarının olduğunu söyləyən Bosniya Serb lideri bu qərarı yanvar ayında qəbul edərsə, Serb Respublikası Xalq Məclisinin növbədənkənar iclasda toplanacağı və müstəqillik qərarı verəcəyi ilə bağlı təhdid irəli sürüb.
"Bosniya və Herseqovina Federasiyasından heç kimin cəsarət edib Serbiya Respublikasına hücum edəcəyini gözləmirik. Belə bir vəziyyətdə necə addım atacağımızı qiymətləndirəcəyik",- deyə Dodik bildirib.