Pakistanda Yeni il şənliklərindən imtina ediblər
28 Dekabr 2023 22:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.
"Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib", - deyə siyaşətçi bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya humanitar yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31