ANKA-3 ilk uçuşunu həyata keçirdi
28 Dekabr 2023 21:31 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" səhifəsində bildirib.
"İnşallah, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək", - Türkiyə lideri qeyd edib.
Qeyd edək ki, dronun maksimal uçuş hündürlüyü 12 km, havada qalma müddəti 10 saat, faydalı yükü 1200 kq, maksimal sürəti 800 km/saat-dır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31