Astana aeroportunda həyəcan ELAN OLUNDU (YENİLƏNİB)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Qazaxıstanın Astana Beynəlxalq Hava Limanının aviasiya təhlükəsizliyi xidməti aeroportda həyəcan siqnalı verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

"KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə, Milli Təhlükəsizlik Komitəsinə və Terrorla Mübarizə Mərkəzinə təcili məlumat verilib", - məlumatda deyilir.

Məlumata görə, Astana Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları sərnişinin əl yükünü yoxlayaraq polis bölməsinə təhvil veriblər.

"Sərnişin polisə verdiyi izahatda əl yükündə silah və narkotik vasitələrin olması barədə zarafat etdiyini bildirib. Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Xidmətinin göstərişi ilə Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı qaldırılıb", - məlumatda qeyd edilir.

Qeyd edək ki, faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (terror aktı haqqında bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi açılıb. Onun 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.

xxx

17:56

Astana aeroportunda həyəcan elan olunub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

"Astana beynəlxalq aeroportunda həyəcan elan olunub. Sərnişinlərdən şəxsi əşyalarına ehtiyatla yanaşmalarını, uşaqları və yeniyetmələri nəzarətsiz qoymamalarını və aviasiya təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini xahiş edirik", - məlumatda deyilir.

Həyəcanın hansı səbəbdən elan olunduğu açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31