Avstriya Ukrayna üzərindən Qərbi Balkanların Aİ-yə inteqrasiyasına üstünlük verir - ÖZƏL
28 Dekabr 2023 15:36 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Avstriya Qərbi Balkanların avrointeqrasiyasına üstünlük verir və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların vaxtında başlanmasına şübhə ilə yanaşır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski bildirib.
"Avstriya xarici siyasəti həmişə Qərbi Balkanlardakı vəziyyətə böyük diqqət yetirib. Xarici siyasətlə bağlı demək olar ki, bütün çıxışlarda onların Aİ-yə daxil olması ilə bağlı perspektivlər gündəmdə yüksək yer tutur. Bu baxımdan hökumət koalisiyası daxilindəki qüvvələr şübhə ilə yanaşır" - Lyubinski, bildirib.
O qeyd edib ki, müvafiq danışıqlara başlamaq barədə qərar qəbul olunsa da, Ukraynanın tezliklə üzv olması ilə bağlı spekulyasiyalar aparmaq üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, bəzi ölkələr on və ya daha çox ildir ki, namizəd statusuna malikdirlər, halbuki onların son üzvlüyü əvvəlcədən müəyyən edilməmişdir.
Dekabrın 14-də Brüsseldə Aİ liderləri Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara - 2024-cü ilin martında və ya daha sonra başlamaq qərarına gəliblər. Gürcüstana üzvlük üçün namizəd statusu verildi.
Bundan əvvəl Avstriya federal kanslerinin ofisinin Aİ və Konstitusiya üzrə naziri Karolin Edtstadler demişdi ki, Ukrayna və Moldovanın yaxın 5-10 ildə Aİ-yə daxil olma ehtimalı azdır. Avstriyanın xarici işlər naziri Alexander Schallenberg dəfələrlə deyib ki, Avropa Ukraynaya görə Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünü ikinci plana atmamalıdır.