Braziliya Putinin G20 sammitində iştirakını alqışlayacaq – ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Braziliya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin noyabrında Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirakını alqışlayacaq".

Olaylar.az xəbər verir ki, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieira bildirib.

"Əgər Rusiya prezidenti Vladimir Putin gəlmək istəsə, biz onu Braziliyadakı görüşlərdə qarşılamağa çox şad olarıq", - baş diplomat bildirib.
Putinin gələcəyi təqdirdə həbs olunma ehtimalının olub-olmaması ilə bağlı suala Vieira deyib ki, ölkə hakimiyyəti bunun baş verməsi üçün heç bir təşəbbüs göstərməyəcək. O, həmçinin qeyd edib ki, Braziliya Rusiya liderinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderinə əməl etməyə borclu deyil.
Bundan əvvəl Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim demişdi ki, qarşıdan gələn G20 sammiti Putinin iştirakı olmadan tam olmayacaq. Hazırda Braziliya G20-yə sədrlik edir.
Martın 17-də BCM Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların "qanunsuz deportasiyası" ittihamı ilə həbsinə order verib. Putinin qeyd etdiyi kimi, Rusiya hakimiyyəti uşaqların həyatlarını və sağlamlıqlarını xilas etmək üçün münaqişə zonasından çıxarılmasında tamamilə qanuni hərəkət etdi və heç vaxt onların ailələrinə qovuşmasına qarşı çıxmadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31