Rosatom-un iştirakı ilə AES-in tikintisi layihəsi Burkina Faso üçün həyati əhəmiyyət kəsb edir — ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiyanın "Rosatom" şirkəti tərəfindən Burkina Fasoda həyata keçirilən atom elektrik stansiyasının (AES) tikintisi layihəsi Afrika ölkəsinin enerji və sənayesinin inkişafı üçün həyati əhəmiyyət kəsb edir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Fil Dişi Sahili və Burkina Fasodakı səfiri Aleksey Saltıkov deyib. 
Rosatom və Burkina Fasonun energetika nazirliyi Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində daha əvvəl AES-in tikintisinə dair anlaşma memorandumu imzalayıb. Üstəlik, Afrika ölkəsinin lideri İbrahim Traore Rusiya-Afrika sammiti zamanı Rusiya prezidenti Vladimir Putinə Burkina-Fasonun elektrik enerjisinə olan tələbatını ödəmək üçün nüvə enerjisinin inkişafının vacibliyindən danışıb.
"AES-in tikintisi ilə bağlı proses ilkin mərhələdədir. Memorandum bağlanıb, bundan sonra Burkina-Fasonun nümayəndə heyəti Rusiyadakı nüvə müəssisələrinə baş çəkib", - diplomat deyib və əlavə edib ki, ölkə gələcəkdə AES-in tikintisi layihəsini hazırlayacaq. 

"Bu, Burkina Faso üçün çox vacib məsələdir, çünki enerji tələbatı imkanları üstələyir, ona görə də AES ölkənin enerji və sənaye inkişafı üçün xüsusi əhəmiyyət kəsb edəcək", - o vurğulayıb.
Rosatom hazırda Misirdə El Dabaa Atom Elektrik Stansiyasını tikir. Burundi, Zambiya, Sudan, Uqanda və Efiopiya ilə də nüvə enerjisinin inkişafı planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31