“Glock” silah brendinin ixtiraçısı vəfat edib
28 Dekabr 2023 14:48 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Avstriyalı silah ustası Gaston Glock 95 yaşında vəfat edib. O, 1963-cü ildə "Glock" brendi altında odlu silah istehsalı ilə məşğul olan "Glock GmbH" şirkətinin qurucusudur.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat "Glock GmbH" şirkətinin saytında yerləşdirilib.
Gaston Glockun qurduğu şirkət ABŞ da daxil olmaqla, NATO-nun bir çox ölkəsinin təhlükəsizlik xidmətləri, polis və xüsusi təyinatlı qüvvələri üçün tapança tədarük edir.
Onun ölüm səbəbi barədə məlumat verilmir. Gaston Glock 2008-ci ildə insult keçirib, 1999-cu ilin iyulunda isə həyatına qəsd olunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31