Rusiyada 17 il əvvəl qətl törətməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiyanın Ryazan şəhərində 17 il əvvəl qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı saxlanılan şəxsin əslən Azərbaycandan olduğu, 2021-ci ildə Rusiya vətəndaşlığı əldə etdiyi qeyd olunub.

Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərinə aparılıb, ona qarşı cinayət işi açılıb.

Qeyd edək ki, 2 yanvar 2006-cı ildə Vıborqda yerləşən yanacaqdoldurma məntəqəsində "VAZ-21072" markalı avtomobildə 31 yaşlı kişinin meyiti tapılıb. Şəxsin ürək nahiyəsindən bıçaqlandığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31