Şimali Koreya müharibəyə hazırlaşır - Kim Çen In orduya tapşırıq verdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Şimali Koreya rəhbəri Kim Çen In hərbi və nüvə silahı sənayesi rəhbərliyinə müharibə hazırlığını sürətləndirmə əmri verib. 

Olaylar.az xəbər verir ki, Kim Yeni il öncəsi ölkədəki siyasi məsələlərin müzakirə edildiyi toplantıda çıxış edib. O ABŞ və Cənubi Koreyanın son zamanlar təhdidlərini artırdığını qeyd edib. Kim buna cavab olaraq Şimali Koreyanın özünə yaxın ölkələrlə əməkdaşlığını artıracağını bəyan edib. 

Qeyd edək ki, Cənubi Koreya lideri Yoon Suk Yeol bu gün Şimali Koreya sərhədində yerləşən hərbi hissəyə baş çəkib və ordunun təxribatlara qarşı ayıq-sayıq olması haqqında tapşırıq verib. 

Son zamanlar Şimali Koreyanın ardıcıl raket sınaqları və casus peyk buraxılışları regionda gərginliyi artırıb. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31