Qripə yoluxmuş 7 uşaq Moskva-Simferopol qatarından çıxarılıb - ÖZƏL
28 Dekabr 2023 11:53 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Moskva-Simferopol qatarı ilə Cankoy şəhərinə gedən 7 uşaq Tambov vilayətində xəstəxanaya yerləşdirilib.
Olaylar.az xəbər verir ki, Tambov vilayətinin Rospotrebnadzorundan bildiriblər ki, onlara A qripi diaqnozu qoyulub.
Uşaqlar halsızlıqdan və yüksək hərarətdən şikayət edirdilər. Qatarın dayanacağına gələn həkimlər onları müayinə ediblər. Bundan sonra bir neçə uşağın xəstəxanaya göndərilməsi qərara alınıb. Qalan sərnişinlər yoluna davam etdilər.
"Bir neçə saat ərzində Rospotrebnadzor laboratoriyasının mütəxəssisləri A qrip virusunu müəyyən ediblər. Hazırda uşaqlar xəstəxanadadır, lazımi müalicə aparılır, vəziyyətləri qənaətbəxşdir", - məlumatda deyilir.
Qatarda qalan uşaqların daimi həkim nəzarətində olduğu dəqiqləşir.
Daha əvvəl virusoloq Sergey Vostruxov A qripi ilə soyuqdəymə arasındakı fərqləri açıqlamışdı.