Bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub
19 Dekabr 2023 12:50 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
2023-cü ilin yanvar-noyabr ayları ərzində 153,2 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 28,2 mini pensiya, 125 mini müavinət və təqaüd təyinatı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Olaylar.az-a bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.
Ümumilikdə ötən dövrdə 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31