Dəhşətə salan təbii fəlakət ölkə ərazisini böyütdü
11 Noyabr 2023 13:59 DünyaSakit Okeanda sualtı vulkan püskürməsi yeni adanın yaranmasına səbəb olub.
Olaylar.az bildirir ki, Tokiodan (Yaponiya) təxminən 1,2 min kilometr aralıda, Sakit okeanda sualtı vulkan püskürməsi diametri təxminən 100 metr olan yeni dairəvi adanın yaranmasına səbəb olub.
Bu barədə Tokio Universitetinin Zəlzələ Tədqiqatları İnstitutunun mütəxəssisləri məlumat yayıblar.
Bildirilir ki, İvodzima ərazisində müşahidə olunan vulkanik aktivliyi oktyabrın 30-da havadan görüntüləmək mümkün olub.
Kadrlarda isti maqmanın su ilə birbaşa təmasda olması zamanı baş verən çoxsaylı partlayış, həmçinin suyun altından qopan bir neçə metr ölçüdə daş blokların 50 metrdən çox hündürlüyə atılması əks olunub.
Tədqiqatçıların fikrincə, məhz səthə atılan daşlar yeni bir ada əmələ gətirib. (oxu.az)