ABŞ İsrailə buna görə dəstək verir - Amerikalı politoloq
11 Noyabr 2023 13:22 DünyaABŞ rəhbərliyi güclü yəhudi lobbisinin dəstəyini itirməkdən qorxduğundan İsraili dəstəkləməyə davam edir.
Olaylar.az bildirir ki, bu sözləri amerikalı politoloq Con Mirşaymer deyib.
Politoloq Fələstin-İsrail münaqişəsi ilə bağlı Qəzzada atəşkəs tələb edən qətnamələrə ABŞ-ın veto qoymasını da belə izah edib:
"Co Bayden Barak Obama, Cimmi Karter və Corc Volker Buş kimi çox gözəl anlayır ki, İsrail lobbisini yolunu keçsə, siyasi bədəl ödəyəcək".
Qeyd edək ki, ABŞ-da yəhudi diaspor nümayəndələrinin 5-8 milyon nəfər olduğu təxmin edilir. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31