Məşhur müğənninin çıxış etdiyi məkana silahlı hücum
11 Noyabr 2023 13:18 DünyaMəşhur musiqiçi Derya Bedavacının konsert verdiyi məkana silahlı hücum olub.
Olaylar.az xəbər verir ki, qorxunc hadisə Kocaelidə əyləncə məkanlarının birində baş verib.
İddialara görə, musiqiçi Derya Bedavacı konsert verərkən naməlum şəxslər əyləncə məkanına silahlı basqın ediblər. Təşvişə düşən vətəndaşlar stol və stulların altında gizlənib.
Əldə olunan məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hücum edənlər avtomobillərə minərək ərazidən qaçıb.
Faktla bağlı araşdırma aparılır. (Publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31