Rusiyada 19 yük vaqonu relsdən çıxdı - Xəsarət alanlar var
11 Noyabr 2023 12:17 DünyaRusiyanın Ryazan vilayətində icazəsiz şəxslərin müdaxiləsi nəticəsində 19 yük vaqonu relsdən çıxıb.
Olaylar.az xəbər verir ki, bu barədə Moskva Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi bildirib ki, hadisə nəticəsində qatarların sürücüsü və onun köməkçisi xəsarət alıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31