Bu ölkədə bir gündə mindən çox zəlzələ oldu

İslandiyada son bir həftə ərzində minlərlə zəlzələ baş verib.

Olaylar.az bildirir ki, bu barədə İslandiyanın Milli Meteorologiya Xidməti məlumat yayıb. Həftə ərzində minlərlə zəlzələdən sonra həftə sonu seysmik aktivliyin artacağı barədə xəbərdarlıq edilib. 

Xidmətin hesablamalarına görə, maqnitudası 4,8-ə qədər olan 1400-ə yaxın zəlzələ isə sadəcə 24 saat ərzində qeydə alınıb.

Məlumatda həmçinin qeyd olunub ki, İslandiya Mülki Müdafiə Agentliyindən bir nümayəndə mümkün evakuasiyaya hazırlaşmaq üçün Grindavik şəhərinə göndərilib. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31