3 keçmiş müstəntiq həbs edildi
11 Noyabr 2023 11:42 DünyaMoskvanın Basmannı məhkəməsi bir sıra vəzifəli cinayətlər törətməkdə şübhəli bilinən Rusiya Federasiyası İstintaq Komitəsinin üç keçmiş müstəntiqini həbs edib.
Olaylar.az bildirir ki, bu barədə Rusiya mətbuatı məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxslər tutduqları vəzifədən asılı olaraq cinayətkar birlik təşkil etmək, rüşvət almaq, sübutları saxtalaşdırmaq, qanunsuz saxlama və ya həbsdə saxlama, o cümlədən bilərəkdən təqsirsiz şəxsi məsuliyyətə cəlb etmə və ya qanunsuz olaraq cinayət işi başlatmada ittiham olunurlar. (lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31