Kosmonavtların əllərindən saldıqları alətlər çantası Yerin “peykinə” çevrilib

Hazırda planetin ətrafında fırlanan qeyri-adi bir obyekt peyda olub - alətlər çantası.

Olaylar.az xəbər verir ki, noyabrın 1-də NASA astronavtları Jasmin Moqbeli və Loral Oxara kosmosda gəzinti zamanı alətlərin olduğu çantanı əllərindən salıblar. İndi bu çanta kosmik fəzada saatda 28 min kilometr sürətlə uçur.

"EarthSky"ın məlumatlarına görə, çanta "+6" ulduz böyüklüyündə obyekt kimi kataloqa salınıb. Obyekt Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında uçur və stansiyanı təxminən bir dəqiqə qabaqlayır.

2009-cu ildə də oxşar alətlər çantası Yer atmosferində yanmışdı. Bundan əvvəl isə çanta təxminən doqquz ay kosmosda olmuşdu. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31