Co Bayden və Çin Sədri arasında GÖRÜŞ OLACAQ
10 Noyabr 2023 23:20 DünyaABŞ Prezidenti Co Baydenlə Çin Sədri Si Szinpin arasında keçiriləcək görüşdə müzakirə ediləcək məsələlər açıqlanıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Finənşl Tayms" nəşri məlumat dərc edib.
Məlumata görə, danışıqların əsas mövzusu Çinin ötən il Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra dayandırılan hərbi rabitə kanallarının bərpası olacaq.
Liderlər ayrıca Tayvan ətrafındakı vəziyyəti müzakirə edəcəklər.
Nəşrin məlumatına görə, Bayden Çinin ada ətrafında təhlükəli və təxribat xarakterli hərbi fəaliyyəti ilə bağlı Szinpinə narahatlığını bildirəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin noyabrın 15-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ikitərəfli danışıqlar aparmağı planlaşdırır.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun