ABŞ və Moldova hərbçiləri birgə təlimlər keçirəcək

Moldova və ABŞ hərbçiləri oktyabrın 25-dən 30-dək birgə "Aurochs Partner" təlimləri keçirəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ ordusunun 200-dən çox hərbi qulluqçusu manevrlərdə iştirak edəcək. Onlar Moldovanın Floresti, Falesti və Balti şəhərlərində paraşütlə tullanmalar həyata keçirəcəklər.

Təlimlərə NATO-nun "C-17 Globemaster" hərbi-nəqliyyat təyyarəsi də cəlb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31