Denge qızdırması Avropa və ABŞ-da yayılacaq - ÖZƏL
24 Oktyabr 2023 16:50 DünyaOlaylar.az xəbər verir ki, Denge qızdırması iqlim dəyişikliyi səbəbindən Avropa və ABŞ-ın bəzi hissələrinə yayılacaq. Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş alimi Ceremi Farrar deyib.
"Denge xəstəliyi, xüsusən də ABŞ və Avropanın bəzi bölgələrində endemik hala gələcək".
Onun sözlərinə görə, virus daşıyan ağcaqanadların yayılma sahəsi isti iqlim sərhədləri daxilində yerləşir.
Farrar qeyd edib ki, bu, səhiyyə sistemlərini alt-üst edəcək, çünki Denge diaqnozu qoyulan hər bir uşaq adətən reanimasiya şöbəsinə yerləşdirilməlidir. ÜST-nin baş alimi vurğulayıb ki, qızdırma vəziyyəti insanları iqlim dəyişikliyinin ictimai sağlamlıq üçün yaratdığı riskləri qiymətləndirməyə sövq etməlidir.
Sentyabrda Rusiya Elmlər Akademiyasının akademiki , Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının rəhbəri Sergey Netesov planetin ən ölümcül viruslarını sadalayıb . Siyahıya Denge qızdırması başçılıq edir.