İsveç NATO-ya üzv olmalıdır - Baş katib

NATO-nun Baş katibi Yens Stoltenberq hərbi bloka üzv ölkələrə ünvanladığı məktubda İsveçin noyabrın 28-29-dan gec olmayaraq alyansa üzv qəbul edilməli olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan bunu təsdiq etməyib.

Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması barədə protokolu baxılması üçün parlamentə təqdim edib. Prosedura əsasən, sənədə əvvəlcə beynəlxalq məsələlər üzrə komissiyada baxılacaq, təsdiqlənəcəyi təqdirdə parlamentdə səsverməyə qoyulacaq.

(Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31